Rusiya Ukraynada "asayiş" üçün könüllülər toplayır

00:08 - 29 Mart 2022 - GÜNDƏM

 Rusiya Ukraynada

Ruslar demək olar ki, bütün Xerson vilayətinə, Zaporojyenin əhəmiyyətli hissəsinə, Sum, Çerniqov, Kiyev və Xarkov vilayətlərinin bəzi ərazilərinə nəzarət edirlər.

Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

“Həmçinin, düşmən Donetsk və Luqansk vilayətlərində mövcudluğunu xeyli artırıb. Müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərinə nəzarət etmək üçün işğalçı ölkə “asayişi” qorumaq üçün “könüllülər” toplayır.

Namizədlər üçün əsas tələblər qənaətbəxş sağlamlıq vəziyyətidir. Hərbi xidmət təcrübəsi tələb olunmur. Həmçinin, məhkumluğu ləğv olunmuş insanları da aparırlar.

Eyni zamanda, işğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə rublu dövriyyəyə buraxmağa çalışırlar. O cümlədən, Xerson vilayətində, işğal altında olan Geniçeskdə yerli sakinlərə 10 min rubl “müavinət” verilir”, - Qərargahın məlumatında qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol