Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sabah Moskvada nələr müzakirə olunacaq?

Siyasət
Sabah Moskvada nələr müzakirə olunacaq?

Sabah, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü Qarabağ razılaşması üzrə mübahisəli məsələlərə həsr olunacaq.


Buta.ws xəbər verir ki,bu barədə RİA Novosti-yə şərhində "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə deyib.Siyasətçi mümkün mövzular sırasında ərazi və kommunikasiyalar üzərindəki blokadanın götürülməsi, eləcə də qoşunların çıxarılmasını göstərib.


Qeyd edək ki, bu gün Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 


Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, sabah Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.


Görüşlə bağlı V.Putin ATƏT-in Minsk qrupunun digər həmsədri qismində Fransa Prezidenti Emmanuel Makronu da məlumatlandırıb.//Sputnik Azərbaycan
 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla