USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

"Nazilə Səfərli həbs oluna bilər" - Xoşqədəm Hidayətqızının vəkili

16:51 - 18 İyun 2021 - HADİSƏ

"19 fevral 2019-cu il tarixində verilən məhkəmə qərarına əsasən Nazilə Səfərova Xoşqədəm Hidayətqızından üzr istəməlidir. Bu üzr "Show news" saytında yayımlanmalıdır. Həmin xanım məhkəmə qərarını icra eləmədiyinə və dövlətin maraqlarına zidd gəldiyinə görə, dünən onun evinə polislər gedib".
 
Bu sözləri Manşet.az-a açıqlamasında teleaparıcı Xoşqədəm Hidayətqızının vəkili Ramil Qocayev deyib. O, bildirib ki, əgər qarşı tərəf üzr istəməsə, ona cinayət işi açıla bilər:

"Bu xanım neçə müddətdir məhkəmə qərarından yayındığına görə axtarışda idi. Ötən axşam da Nizami rayonunun icra məmuru tərəfindən məhkəməyə aparılıb. Barəsində inzibati protokol tərtib olunub, həmçinin də 500 AZN cərimə olunub. Yəni bu 500 manatın Xoşqədəm xanıma heç bir aidiyyatı yoxdur. Sözügedən xanım İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsinə uyğun olaraq təqsirli bilindi və cərimə tətbiq olundu. Həmin maddədə eyni zamanda 1 aylıq həbs də var, sadəcə, onun qadın olması nəzərə alındı və yalnız cərimə tətbiq olundu. Bundan sonra da, Nazilə Səfərova qətnaməni icra eləməsə, cinayət məcəlləsinin 306 maddəsinə uyğun olaraq barəsində cinayət işi açıla bilər. Məhkəmə qərarına uyğun təkzib verilib, 1000 AZN cərimə ödənilib, amma üzr istənilməyib. Nə qədər ki, üzr istəməyəcək barəsində, ciddi tədbirlər görüləcək".


Loading...