Çin Xalq Azadlıq Ordusu ABŞ raket esminesinin Pekinin Cənubi Çin dənizi sularına təxribat yolu ilə daxil olmasına cavab olaraq lazımi tədbirləri görməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei deyib.
Onun sözlərinə görə, martın 24-də ABŞ-ın “USS Milius” raket esminesi Çin hökumətinin icazəsi olmadan yenidən Çinin nəzarətində olan Parasel (Sişa) adalarının yaxınlığındakı akvatoriyaya daxil olub.