Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Kürdəmirdə iki yük maşını toqquşdu - Video

14:38 - 25 Noyabr 2021 - GÜNDƏM

 Kürdəmirdə iki yük maşını toqquşdu - Video

Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Buta.ws xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qəza bu gün səhər saatlarında baş verib.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “KamAZ“ markalı yük avtomobili ilə “Mersedes-Benz Atego” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və qəzaya uğramış “Mersedes-Benz Atego” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Elvin Vaqif oğlu Xalayevin həmin nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.

Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws