Mariupolda 5 minə yaxın sakin öldürülüb - Boyçenko

22:34 - 28 Mart 2022 - GÜNDƏM

 Mariupolda 5 minə yaxın sakin öldürülüb - Boyçenko

Rusiyanın Mariupolu mühasirədə saxladığı 27 gün ərzində 5 minə yaxın insan həlak olub, onlardan 210-nu uşaqlardır.

Buta.ws xəbər verir ki, bu faktları Mariupolun meri Vadim Boyçenko səsləndirib.

Onun sözlərinə görə, Rusiya ordusunun atəşləri və bombardmanları nəticəsində 2340 çoxmənzilli yaşayış binası zədələnib, onların 1040-ı dağılıb. Bundan başqa, 3 xəstəxana yararsız hala düşüb, daha 7-si zərər çəkib. Həmçinin zədələnən 57 məktəb və 70 uşaq bağçasından müvafiq olaraq 23-ü və 28-i dağılıb. Özəl sektora və digər infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.

Vadim Boyçenko məlumat verib ki, blokadaya qədər Mariupoldan 140 min nəfər çıxıb, sonradan isə 150 min sakin təxliyə olunub. Hazırda 170 min nəfər mühasirədədir.

Mer qeyd edib ki, bunlar təxmini rəqəmlərdir, döyüşlər ara vermədiyi üçün həlak olanların sayını dəqiqləşdirmək hələlik mümkün deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol