Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Hüseyn taksi sürücüsünə maşın hədiyyə etdi - VİDEO

13:08 - 25 Noyabr 2021 - CƏMİYYƏT

 Hüseyn taksi sürücüsünə maşın hədiyyə etdi - VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov onu pulsuz aparan taksi sürücüsünə avtomobil hədiyyə edib.

Kult.az Bakipost.az-a istinadən xəbər verir ki, Hüseyn dostu ilə Moskvada küçədə taksilərə yaxınlaşıb. O, pulqabısını götürmədiyini, təcili bir yerə çatmalı olduğunu söyləyib. Bir neçə sürücü bundan imtina etsə də, biri razılaşıb.

Yol boyu özündən danışan sürücü Qırğızıstandan gəldiyini, borcları olduğunu, qızının əməliyyata ehtiyacı olduğunu söyləyib.

Ünvana çatan Hüseyn avtomobil satılan yerə girərək ona yeni maşın alıb. O, sürücünün pasportunu götürüb və maşını onun adına keçirərək, açarları təqdim edib.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws