Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Qəzzafinin oğlunun adı namizədlər siyahısından çıxarıldı

12:40 - 25 Noyabr 2021 - DÜNYA

 Qəzzafinin oğlunun adı namizədlər siyahısından çıxarıldı

Liviya Ali Seçki Komissiyası prezident seçkilərində iştirak edəcək namizədlərin ilkin siyahısını ictimaiyyətlə bölüşüb.

Buta.ws xəbər verir ki, ərizələri qəbul edilən namizədlər arasında Haftar olduğu halda, Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyfülislamın adı yer almayıb.

Qeyd edək ki, namizədlər arasında Liviya Baş naziri Əbdülhəmid Dibeybə, Nümayəndələr Palatasının sədri Akile Saleh, keçmiş xarici işlər naziri Fəthi Başağa və Haftar kimi adlar var.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws