Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Rembo” ləqəbli qazi: “Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük” – FOTO

Ölkə
“Rembo” ləqəbli qazi: “Mübariz İbrahimovun şəhid olduğu postu alanda 7 saat döyüşdük”     – FOTO

44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri də döyüşlərdə qəhrəmanlığı ilə ad çıxarmış “Rembo” ləqəbli kəşfiyyatçı Dursun Manafovdur.


Buta.ws xəbər verir ki, “Qafqazinfo” döyüşlərdə iki dəfə ağır yaralanan, bir gözünü itirən və hazırda hərbi hospitalda müalicə alan 26 yaşlı qazimizlə telefonla söhbətləşib.


Əslən Bərdə rayonunun Kolayır kəndindən olan Dursun Manafov müharibə başlanan gündən ön cəbhədədir. Murov, Mübariz İbrahimovun şəhid olduğu yüksəklik, Talış kəndi, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Cəbhə yoldaşları ilə bərabər həmin ətrafda ermənilərin qurduğu bütün postları düşməndən təmizləyib. Elə ilk dəfə oktyabrın 10-da Suqovuşanda gedən ağır döyüşlərin birində yaralanıb. Özü yaralı olsa da, şəhid və yaralıları döyüş zonasından çıxarıb. Cəmi 2 gün hospitalda yatan hərbçi israrla döyüşə qayıtmaq üçün icazə istəyib. Lakin növbəti dəfə aldığı yaralar yüngül olmayıb.


Qazimiz ən ağır döyüşünü belə xatırlayır: “Döyüş asan deyil, hamısı ağırdır. Amma ən çox döyüşdüyümüz döyüş 7 saat yarım Mübariz İbrahimovun şəhid olduğu postu alanda oldu. Ondan sonra da ağır döyüşlər oldu, Suqovuşanda qardaşlarım şəhid oldu. Bu, mənə ağır zərbə idi.


Noyabrın 9-da növbəti döyüş əməliyyatını icra eləmək üçün hazırlaşırdıq. Mən də daxil olmaqla 5 kəşfiyyatçı qabaqda gedirdik, getdiyimiz yerdə düz ortamıza tank üçün olan “Kornet” raketini atdılar. Ən ağır yaralanan mən və bir də bir döyüşçü qardaşım oldu. Bir tərəfim salamat idi, əlimdən tutub ağır döyüş gedən ərazidən uzaqlaşdırdılar. Təxminən 2 saat yarım orada qan içində qaldım, oturub ölməyimi gözləyirdim. Amma sağ olsun yoldaşlarım gəlib kömək elədilər, məni oradan çıxardılar. Hərbi tibbi maşına qoyub xəstəxanaya apardılar. Ondan sonra nə oldu bilmədim. Özümə gələndə artıq əməliyyat olunmuşdum”. 

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla