Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda karantin rejimi sərtləşdirilir? 14 gün boyunca... - Deputat ELAN ETDİ

Ölkə
Azərbaycanda karantin rejimi sərtləşdirilir? 14 gün boyunca...     - Deputat ELAN ETDİ

Artıq son dövrlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə artması ciddi narahatlıq doğurur və rəqəmlər kifayət qədər ciddidir.

Buta.ws Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri vurğulayıb ki, ciddi tədbirlər görülməsə, vəziyyət daha da gərginləşə və çətin durum yarana bilər: “Hamı bilir ki, maska taxmaq lazımdır, hamı bilir ki, gigiyena qaydalarına riayət etmək lazımdır, ara məsafəsi saxlamaq lazımdır, amma əməl etmirlər. İstənilən halda hökumət sərtləşdirilmiş addımlara getməlidir.

Ən azı 2 həftəlik sərt karantin təmin olunmalıdır ki, vəziyyət normallaşsın. Təmasları azaltmasaq, nəyəsə nail olmaq çətindir. 65 yaşdan yuxarı insanların evdən çıxmasına ən azı iki həftəlik qadağa qoyulmalıdır. Çünki onların küçəyə çıxması həyatları üçün daha təhlükəlidir.

Bütövlükdə hesab edirəm ki, yenə sərt rejimə keçməliyik, başqa yol yoxdur”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla