Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Sumqayıtda kişi 4-cü mərtəbədən şaxtaya düşdü

11:38 - 25 Noyabr 2021 - GÜNDƏM

 Sumqayıtda kişi 4-cü mərtəbədən şaxtaya düşdü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Buta.ws Unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisələrindən birində qeydə alınıb.

Müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Vaqif Əliverdi oğlu Əliverdiyev binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyində o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws