Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Türkiyənin Qafqazdakı təşəbbüsünü alqışlayırıq - İran

11:34 - 25 Noyabr 2021 - SİYASƏT

 Türkiyənin Qafqazdakı təşəbbüsünü alqışlayırıq - İran

Şübhəsiz ki, strateji Cənubi Qafqaz regionunda 30 ildir davam edən gərginliyə son qoymaq, sülh və sabitliyin bərqərar olması, inkişaf, ticarət, investisiya və rahat nəqliyyat imkanlarının yaradılması regionun bütün xalqlarının marağındadır.

Buta.ws xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin noyabrında gündəmə gətirdiyi Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İrandan ibarət “3+3” ideyasının müsbət qarşılandığını və bu çərçivədə region ölkələrində təmasların aparıldığını bildirib:

"3+3” formatında təşəbbüs İran İslam Respublikasının xarici siyasətdə izlədiyi əsas prinsiplərə, yəni regionun tərəfdaş ölkələri tərəfindən regional problemlərin həllinə, gərginlik sahələrinin minimuma endirilməsinə əsaslanan güclü strategiyadır".

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws