Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

II Sultan Səlimə aid Quran tapıldı – Foto

11:22 - 25 Noyabr 2021 - GÜNDƏM

 II Sultan Səlimə aid Quran tapıldı – Foto

Türkiyədə Konya şəhərində yerləşən Sultan Səlim məscidində aparılan təmizlik işləri zamanı Sultan II Səlimə aid Quranın əlyazma nüsxələri aşkar olunub.

Kult.az xəbər verir ki, Quranın 30 cüzündən 10-u tapılıb. Tapılan Quran nüsxləri 450 illik tarixə malikdir. Əlyazmaların birində onun Sultan II Səlim tərəfindən məscidə hədiyyə edildiyi qeyd olunub.

Qeyd edək ki, II Sultan Səlim 1542-ci ildə, 16 yaşında Konyaya sancaqbəy olaraq təyin olunub. 1544-ci ildən 1558-ci ilədək Manisa sancaqbəyi vəzifəsini icra etməyə başlayıb. Manisada keçirdiyi illərdə II Səlim əyləncə və ova çox vaxt sərf etdiyinə görə 1558-ci ildə yenidən Konyaya göndərilib. Həmin dövrdə o, indiki Sultan Səlim məscidinin inşasına başlayıb. Məscidin tikintisi 1563-cü ildə başa çatıb. II Səlimin sultanlıq dövrü isə 1566-1574-cü illərə təsadüf edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws