Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Bakıda qazilərin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir

10:58 - 25 Noyabr 2021 - CƏMİYYƏT

 Bakıda qazilərin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

Buta.ws xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarları ziyarət edilib.

Zəfər avtoyürüşündə vətən mübarizəsi qaziləri nazirlik tərəfindən avtomobillərlə təmin edililib.

Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws