Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Azyaşlını oğurlamağa cəhd etdilər, DİN hərəkətə keçdi

10:12 - 25 Noyabr 2021 - KRİMİNAL

 Azyaşlını oğurlamağa cəhd etdilər, DİN hərəkətə keçdi

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Buta.ws-a bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb.

Qeyd edilib ki, bununla bağlı bütün zəruri tədbirlər icra olunur:

"Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir".

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvləri iddia edir ki, naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws