Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı - Markov

08:48 - 25 Noyabr 2021 - GÜNDƏM

 Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı - Markov

Qarabağda Ermənistanın işğal etdiyi üç növ ərazi var.

Bu sözləri Buta.ws-a açıqlamasında tanınmış rusiyalı politoloq Sergey Markov deyib.

“Bu ərazilərdən birincisi ermənilərin yaşadığı ərazilərdir. Bura misal olaraq məsələn, Xankəndini, bir sıra başqa yaşayış məntəqələrini göstərmək olar. Bu kimi ərazilərdə hansısa formada normala yaxın bir yaşayış olub.

İkinci növ ərazi azərbaycanlıların yaşadıqları və etnik təmizləməyə məruz qalmış, boşalmış ərazilərdir. Ermənistan bu ərazilərdən Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün istifadə etmək istəyirdi. Dağlıq Qarabağdan kənarda olan bu əraziləri müstəqilliyin tanınmasına dəyişmək istəyirdi.

İkinci Qarabağ müharibəsində bu əraziləri Azərbaycan Ordusu azad etdi, indi onların normal rekultivasiyası, minalardan təmizlənməsi, infrastrukturun yaradılması prosesi gedir”.

Ekspertin sözlərinə görə, Rusiyada və ümumən dünyada çoxları Qarabağın yalnız ermənilərin yaşadığı ərazilərdən ibarət olduğunu düşünürdü:

“Onlar heç bilmirdilər ki, burada iki növ ərazi var. Digər, ikinci növ ərazilər həqiqətən nəhəng ərazilərdir, məsələn, bütün Ağdam. Burada hər şey dağıdılmışdı, şəhər məhv edilmişdi.

İndi məlum olur ki, Qarabağda hələ üçüncü tip ərazilər də var. Bunlar vaxtilə azərbaycanlıların yaşadığı, etnik təmizlənməyə məruz qalan, keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasına aidiyyəti olmayan, Ermənistan ərazisinə, Ermənistanın sərhədinə bitişik ərazilərdir. Erməni işğalından xeyli vaxt ötdüyünə görə bu ərazilərdə yavaş-yavaş inkişaf müşahidə olunurdu. Orada köməkçi tikililər meydana çıxıb, məsələn, bəzi tikinti materialları hasil olunur, kənd təsərrüfatı strukturu, müvafiq olaraq, inək tövlələri, bəzi kiçik yaşayış məntəqələri və s. bu şəkildə inkişaf etdirilib. Orada kifayət qədər böyük ərazilər var və indi Ermənistan tərəfi bütün bunları təhvil verməlidir”, – deyə Markov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws