Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

ABŞ-ın müttəfiqi Türkiyəyə sanksiya tətbiqi... - Rus ekspert

08:02 - 25 Noyabr 2021 - GÜNDƏM

 ABŞ-ın müttəfiqi Türkiyəyə sanksiya tətbiqi... - Rus ekspert

Türkiyə ABŞ-ın ayrı-seçkiliyinə öyrəşib. Soyuq müharibə illərində də oxşar vəziyyətin yaşandığını xatırlaya bilərik.

Buta.ws xəbər verir ki, bunu rusiyalı siyasi ekspert İrina Svistunova deyib.

"1974-cü ildə Kipr əməliyyatına görə ABŞ NATO müttəfiqi Türkiyəyə silah embarqosu tətbiq etdi. İndi də Ankaranın beynəlxalq arenada amerikalıların istəmədiyi şəkildə hərəkət etmək səylərinin eyni reaksiyaya yol açdığını görürük. Türkiyənin xarici siyasətdə müstəqilliyə doğru irəliləməsi, Rusiya ilə yaxınlaşması, bu iki ölkənin hərbi və regional əməkdaşlığı ABŞ-ı narahat edir. Fikrimcə, ABŞ-ın Türkiyəyə qarşı ayrı-seçkilik etməsinin əsas səbəbi də budur. Təbii ki, bir müttəfiqin digərinə sanksiya tətbiq etməsi qəribə görünür. Onların doğrudan da müttəfiq olub-olmaması və niyə bir-birini eşitməməsi kimi suallar yaranır. ABŞ-ın sərt yanaşmalarının Türkiyə ilə qarşılıqlı anlaşmanın artmasına gətirib çıxaracağını gözləmək olmaz", - İrina Svistunova qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws