Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri təşvişə saldı

Siyasət
Azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri təşvişə saldı

Şuşadan Qorisə (Laçın dəhlizi) gedən yolda Azərbaycan hərbi formasında bir qrup silahsız insanın görünməsi Ermənistanda panikaya səbəb olub.


Buta.ws Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" yazıb. Agentliyin iddiasına görə, onlar Şuşaya gedən yolların kəsişməsində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqələrinin yaxınlığında deyilmişlər. İndiki halda Azərbaycan forması geymiş şəxslər Stepanakert (Xankəndi) tərəfdən Şuşaya ikinci girişdən bir neçə kilometr aralıda, nəzarət məntəqələrinin ərazisindən kənarda olublar.


Agentliyin müxbiri David Qalstyan Azərbaycan Ordusunun formasını geymiş iki nəfərin birbaşa yolda dayandıqlarını, guya yoldan keçən avtomobilləri saxlamağa çalışdıqlarını bildirib. 4-5 nəfərlik başqa bir qrup isə yoldan bir az aralı, hansısa binanın yanında dayanıbmış. Onlarda silah görən olmayıb. Yanlarında iki at var imiş. Təhlükəsizliyə görə yoldan keçən sürücülər  maşınlarını saxlamayıblar.


Müxbirlər gördükləri barədə Lisagor qəsəbəsi yaxınlığındakı erməni polisinə, habelə Rusiya sülhməramlılarına və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına məlumat veriblər.


Ermənistan MTX-dan jurnalistlərə bildiriblər ki, "marşrutun həmin hissələrində belə insident qeydə alınmayıb".


Bununla yanaşı, erməni polisləri jurnalistlərə bildiriblər ki, həmin şübhəli adamlar qrupu barədə onlara əvvəllər o ərazidən keçmiş digər şəxslər də məlumat veriblər.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla