Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Mətbuat Şurası "WarGonzo" ilə bağlı Rusiyanın media ictimaiyyətinə MÜRACİƏT ETDİ

Siyasət
Mətbuat Şurası "WarGonzo" ilə bağlı Rusiyanın media ictimaiyyətinə     MÜRACİƏT ETDİ

Azərbaycan Mətbuat Şurası "WarGonzo" layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət ünvanlayıb.


Buta.ws xəbər verir ki, müraciətdə deyilir:


"Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət "WarGonzo" layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.

Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Dağlıq Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir. İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Dağlıq Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.


Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.


Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistlika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Dağlıq Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanırıq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinspiallıq həmçinin Dağlıq Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla