Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Rusiyada "Qara cümə" başladı

01:52 - 25 Noyabr 2021 - DÜNYA

 Rusiyada

Rusiyada pərakəndə satış şirkətləri ilin ən böyük satışlarından biri - "Qara cümə 2021" həftəsinə başlayıb.

Buta.ws xəbər verir ki, bu barədə "RİA Novosti"yə ticarət şirkətləri məlumat verib.

Qeyd edək ki, "Qara cümə" anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. Belə ki, ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul olunur.

“Qara cümə”ni önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir. Bu məhsullar sırasında xüsusi diqqət çəkən bahalı mallara edilən endirimlərdir ki, bu da insanlara adi günlərdə ala bilmədikləri məhsulları daha ucuz qiymətə almağa imkan verir.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws