Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Bu nazirlik rüşvətxorluğa qarşı məsləhətə 30 min ayırdı

00:58 - 25 Noyabr 2021 - CƏMİYYƏT

 Bu nazirlik rüşvətxorluğa qarşı məsləhətə 30 min ayırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu "Ekvita Consulting" MMC şirkəti ilə 30 min manatlıq xidmət müqaviləsi bağlayıb.

Buta.ws xəbər verir ki, şirkət nazirliyə “korrupsiya və rüşvətxorluqla mübarizənin yolları” haqqında məsləhət xidmətləri göstərəcək.

Xatırladaq ki, "Ekvita Consulting" bir qədər əvvəl DSMF-nin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması üzrə məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Bu məqsədlə şirkətə 52,5 min manat ödənilib.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws