Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Fransanın Suriyada şok əməllərini ifşa edən film - Video

00:10 - 25 Noyabr 2021 - GÜNDƏM

 Fransanın Suriyada şok əməllərini ifşa edən film - Video

“TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən film hazırlayıb.

Buta.ws Musavat.com-a istinadən xəbər verir ki, sənədli filmdə təkzibedilməz faktlarla, yarım milyona yaxın sənəd üzərində 2 il boyu aparılan dərin araşdırma nəticəsində üzə çıxarılır ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olub.

“Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD, PKK terror təşkilatlarını maliyyələşdirib.

Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin TRT-nin araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır.

Bütün bunlar Fransanın indiki prezidenti Emmanuel Makronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.

Azərbaycan ictimaiyyəti bu sənədli filmdə əksini tapan məqamları təəccüblə qarşılamır. Çünki Vətən müharibəsi dövründə Fransanın Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi.

Fransanın Vətən müharibəsi dövründə suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsinə dair də geniş informasiyalar vardır.

TRT-nin faktlar əsasında ekrana çıxardığı sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəxalq terrorçuluğa dəstək verməklə bəşəri dəyərlərə xəyanətinin növbəti sübutudur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws