Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Sərhəddə daha bir erməni əsgəri başından güllələndi

00:08 - 25 Noyabr 2021 - HADİSƏ

 Sərhəddə daha bir erməni əsgəri başından güllələndi

Bu gün Ermənistan-Azərbaycan sərhədinin şimal-şərqində yerləşən hissəsində N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Suren Avetisyan ölüb.

Buta.ws xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin təxminən 14:50 radələrində başından aldığı güllə yarasından ölüb.

Onun ölümünün təfərrüatı araşdırılır.

Qeyd edək ki, 22 noyabrda da Ermənistanın Azərbaycanla sərhəddə yerləşən postunda bir erməni əsgər ölmüş, bir neçəsi yaralanmışdı. Ermənistan MN bunun guya Azərbaycan Ordusunun atəşi nəticəsində baş verdiyini iddia etsə də, bir-birini təkzib edən məlumatlardan və erməni Teleqram kanallarından hadisənin daxili atışma olduğu üzə çıxmışdı.

Bu hadisənin də erməni ordusu daxilində başıpozuqluğun nəticəsi olduğu şübhəsizdir.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws