Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Kəlbəcərin işğaldan azad olunmasından 1 il ötür

00:02 - 25 Noyabr 2021 - GÜNDƏM

 Kəlbəcərin işğaldan azad olunmasından 1 il ötür

Bu gün Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarəti altına keçməsindən 1 il ötür.

Buta.ws xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan - Üçtərəfli 10 noyabr bəyanatına əsasən, Kəlbəcər rayonu noyabrın 15-i Ordumuzun nəzarəti altına keçməli idi, ancaq erməni tərəfi yolun dar olduğunu əsas gətirərək və bu müddətdə rayonu tərk etməyin mümkünsüz olduğunu "səbəb" göstərərək, Rusiya vasitəsilə Azərbaycandan noyabrın 25-ə qədər vaxt verilməsini xahiş etmişdi. Rəsmi Bakı növbəti dəfə humanistlik göstərərək ermənilərin Kəlbəcəri tərk etməsinə şərait yaratmışdı.

Ermənilər isə Kəlbəcərdən çıxarkən bütün daşınan əmlaklarını özləri ilə aparmaqla bərabər, evlərə, məktəblərə, meşələrə od vurmuş, apara bilmədikləri ev heyvanlarını öldürmüşdülər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws