Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Lavrov: “Paşinyanla Qarabağla bağlı humanitar mərkəz məsələsi müzakirə ediləcək”

Siyasət
Lavrov: “Paşinyanla Qarabağla bağlı humanitar mərkəz məsələsi müzakirə ediləcək”

Rusiyanın qurumlararası nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə yaradılan qurumlararası humanitar yardım mərkəzi ətrafında və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq.

 

Buta.ws TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

 

“Bu gün – uzanan danışıqlardan sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 9-da qan tökülməsinə son qoyan və bütün ölçülərdə, o cümlədən humanitar səviyyədə vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanatın qəbul edildiyi vəziyyətdə münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq. Bizim sülhməramlılar bu razılaşmanın həyata keçirilməsində, o cümlədən humanitar yardımının göstərilməsində fəal iştirak edirlər”, - Lavrov deyib.

 

O həmçinin qeyd edib ki, yaradılmaqda olan qurumlararası humanitar yardım mərkəzi ilə əlaqəli məsələləri də müzakirə edəcəklər: “Bu da yeni strukturdur və o, mülki əhalinin ehtiyaclarını ödəmək, mülki infrastrukturu bərpa etmək üçün çalışacaq”.

 

Rusiya XİN başçısı vurğulayıb ki, eyni zamanda iqtisadi əməkdaşlığın aktual məsələləri, energetika sferasındakı əməkdaşlıq da müzakirə ediləcək.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla