Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

BMT ekspertinə ermənilərin vurduğu ziyanlardan danışıldı

22:02 - 24 Noyabr 2021 - GÜNDƏM

 BMT ekspertinə ermənilərin vurduğu ziyanlardan danışıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) eksperti Natalia Qolovko ilə görüş keçirilib.

Ombudsman Aparatından Buta.ws-a bildiriblər ki, görüşdə qonağa ombudsman Səbinə Əliyeva tərəfindən səlahiyyətləri çərçivəsində görülmüş işlər, dövlət orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə geniş əlaqələri, habelə ictimai iştirakçılığın təmin olunması, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş, əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı görülmüş işlər barədə geniş məlumat verilib.

Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və 30 ilə yaxın davam etmiş işğal dövründə torpaqlarımızda ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə etdiyi və ekosid törətdiyi, bununla bağlı Azərbaycan ombudsmanının faktlar əsasında beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanat və müraciətlər beynəlxalq ekspertin diqqətinə çatdırılıb.

Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə hüquq-müdafiə mexanizmlərinə əlçatanlıq, mövcud pandemiya dövründə müvəkkilin fəaliyyəti, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərin icrası, insan hüquqları sahəsində müraciət imkanlarının genişləndirilməsi ilə bağlı ombudsmanın 916 Çağrı Mərkəzi və 7/24 rejimində fəaliyyətin səmərəliliyi, eləcə də poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr vasitəsilə mövcud müraciət imkanlarını diqqətə çatdırıb.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının ölkə üzrə 3-cü “Ətraf mühitə dair fəaliyyətin icmal hesabatı”nın hazırlanması ilə əlaqədar məlumatların toplanması məqsədi daşıyan görüşdə beynəlxalq ekspertin ombudsmanın fəaliyyəti ilə bağlı sualları ətraflı cavablandırılıb.

Vətən müharibəsi və postmüharibə dövründə Ermənistanın törətdiyi ekoloji cinayətlərin ifşası, qarşısının alınması məqsədilə ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanat və müraciətlərin nüsxələri beynəlxalq ekspertə təqdim olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws