Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Vəliəhd Türkiyədə: Ərdoğanla görüşdü, sənədlər imzalandı

21:44 - 24 Noyabr 2021 - GÜNDƏM

 Vəliəhd Türkiyədə: Ərdoğanla görüşdü, sənədlər imzalandı

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed ən-Nəhyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Buta.ws xəbər verir ki, daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan və vəliəhdin iştirakı ilə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanan sənədlərin fəaliyyət dairəsinin genişliyi və aktuallığı deməyə əsas verir ki, Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Sənədlərin imzalanmasından sonra verilən ilkin açıqlamaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoyuluşu üçün 10 milyard ABŞ dolları məbləğində maliyyə fondu yaradıb.

Qeyd edək ki, daha öncə BƏƏ vəliəhdi Məhəmməd Bin Zayed ən-Nəhyanın Ərdoğanla görüş üçün Türkiyəyə gələcəyi və iki ölkə arasında 100 milyard dollarlıq sənədin imzalanacağı barədə məlumat yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws