Xəbər xətti

USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Gürcüstan Prezidenti azərbaycanlı gənclərlə görüşdü - Foto

21:36 - 24 Noyabr 2021 - GÜNDƏM

 Gürcüstan Prezidenti azərbaycanlı gənclərlə görüşdü - Foto

Gürcüstan Prezidenti Salome Zurabişvili “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb.

Buta.ws xəbər verir ki, dövlət başçısının Orbeliani sarayında baş tutan görüşündə Gürcüstanın müxtəlif bölgələri ilə yanaşı, Kvemo Kartli regionunu təmsil edən fəal azərbaycanlı gənclər də iştirak edib.

Görüşə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev də qatılıb. O, Report-a açıqlamasında bildirib ki, azərbaycanlı gənclər onları təhsil və digər sahələrdə narahat edən məsələlər barədə danışıblar.

Forumun iştirakçıları daha sonra Gürcüstan parlamentini də ziyarət ediblər. Gənclərlə görüşən Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze Gürcüstanın xarici siyasətinin prioritetləri, ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiyası barədə danışıb. Müzakirələr zamanı Cənubi Qafqaz bölgəsində baş verən proseslər və regional təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

N.Samxaradze bölgədə sülh və sabitliyin təmin olunmasında Gürcüstanın mühüm rolunu vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws