Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İkinci Qarabağ müharibəsinin ilk bir ayı - Əldə olunan UĞURLAR

Siyasət
İkinci Qarabağ müharibəsinin ilk bir ayı     - Əldə olunan UĞURLAR

Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb.

 

Ötən bir ay ərzində ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, üç qəsəbəni, 150-dən artıq kəndi, eləcə də strateji yüksəklikləri düşməndən azad edib.

 

Prezident İlham Əliyev dünən xalqa müraciətində sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edib:

 

"53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.

 

Piyadaların döyüş maşınlarının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb, müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb.

 

Minaatan - 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, tank əleyhinə vasitə - 53-ü məhv edilib.

 

82 "Qrad" qurğusu, iki "Uraqan", iki YARS, bir TOS məhv edilib. Zenit raket kompleksləri - dörd ədəd "TOR", 40-a yaxın "OSA", dörd ədəd "KUB", bir ədəd KRUQ, iki ədəd "S-125" qurğusu məhv edilib.

 

Altı "S-300" məhv edilib, bir aşkaretmə stansiyası, bir lokator, əməliyyat taktiki raket kompleksləri - iki "Elbrus" məhv edilib, bir "Toçka-U" məhv edilib.

 

231 yük avtomobili məhv edilib, onlardan 20-si silah-sursatı ilə bir yerdə, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb, toplam düşmən 404 yük avtomobilindən məhrum edilib".

 

Uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan bir çox ölkələrin rəhbərlərinə zəng edərək, Azərbaycan Ordusunun dayandırılması üçün yalvarıb.

 

Bir ay ərzində əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün üç dəfə atəşkəs razılaşdırılsa da, hər dəfə Ermənistan silahlı bölmələri bu razılaşmaya əməl etməyib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla