Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq - VİDEO

İqtisadiyyat
20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq     - VİDEO

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki "20" rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində "Qarabağ" sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu haqda məlumatlar yayılıb.

 

Buta.ws qafqazinfo-ya istinadən bildirir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirində çıxışı zamanı bu məsələyə münasibət bildirib.

 

E.Rüstəmov deyib ki, banknotların hərəsinin öz mövzusu var: "O statuslarla mən də tanışam, maraqlıdır, lakin burada heç bir mistik, konspiroloji şey yoxdur. 1 manatlıq bizim mədəniyyətimizi, 5 manatlıq yazı və ədəbiyyatımızı, 10 manatlıq tariximizi, 20 manatlıq Qarabağ, 50 manatlıq təhsil və gələcək, 100 manatlıq iqtisadiyyat və yüksəlişi, 200 manatlıq isə bütövlükdə modern Azərbaycan mövzusuna həsr olunub.

 

20 manatlıq əsginasın önündə təsvir olunan dəbilqə, qılınc, qalxan Azərbaycan xalqının namusu, qeyrəti, şərəfi simvollarıdır. Bizim döyüş əzmimiz göstərir ki, biz bu torpaqları hansı yolla olursa olsun, azad edəcəyik. O gün bu gündür. Əsginasın üzərindəki xarı bülbül isə bizim mədəni beşiyimiz olan Şuşanın simvoludur. Arxadakı xalça simvolu isə Qarabağ xalçasıdır. Bizim 20 manatlıq banknotumuz tam şəkildə Qarabağ mövzusuna həsr olunub. 20 manatlıq əsginasın üzərindəki "Qarabağ" sözü isə cənab Prezidentin dilindən düşməyən "Qarabağ Azərbaycandır" ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik".

 

Qeyd edək ki, 2021-ci il yanvarın 1-dən 1, 5, 20 və 50 manatlıq pul nişanları yeni dizaynda dövriyyəyə buraxılacaq.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İqtisadiyyat bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla