Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Qarabağda olan erməni qoşunları mühasirəyə düşüb" - Polkovnik

Siyasət
"Qarabağda olan erməni qoşunları mühasirəyə düşüb"     - Polkovnik

"Ermənistana müxtəlif ölkələrdən gizli yollarla daşınan o silahlar da Ermənistanı xilas etməyə yetməyəcək".

 

Bunu Milli.Az-a açıqlamasında Milli Qəhrəman, ehtiyyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. 

 

Polkovnik bildirib ki, artıq Azərbaycan Ordusunun silahlarından NATO üzvü olan dövlətlər də almaq istəyirlər:

 

"Ermənistan nə qədər silah da gətirsə, nə qədər terrorçu, muzdlu da gətirsə, bu, onlara kömək etməyəcək. Kənardan gələn heç vaxt ürəklə döyüşən deyil. O, pul üçün gəlir. Özünü ölümə verib kim üçünsə döyüşən deyil, görüntü yaradır sadəcə. Azərbaycan ordusunun müasir silahları qarşısına heç bir terrorçu, heç bir hansısa silahlı dəstələr, təyyarələrlə daşıdıqları silahlar çıxa bilməz, mümkün deyil. Çünki Azərbaycanın əks-hücum əməliyyatları bu saat NATO dövlətləri, o cümlədən Rusiya kimi nəhəng dövlətlərdə müəyyən fikirlər yaradır ki, artıq öz ordularında bu müasir silahlara qarşı lazımı avadanlıqların olmaması haqqında fikirləşsinlər, bu cür silahları onlar da əldə etsinlər və s. Yəni ki, hər hansı bir terror dəstəsi ilə, hansısa təyyarələrlə daşınan silahlarla bugünkü ruh yükəskliyi ilə, bugünkü birliklə heç cürə bizim ordunun qarşısını almaq mümkün deyil".

 

Vahid Quliyev onu da qeyd edib ki, Dağlıq Qarabağda olan erməni qoşunları mühasirəyə düşüb:

 

"Çox yaxın bir müddətdə inşəAllah Laçın Koridoru da əlimizdə olacaq, Kəlbəcər və s. ərazilər də işğaldan azad olacaq. Laçın Koridoru əldə olunandan sonra, o tərəfdən Vardanes-Dağlıq Qarabağ yolu nəzarət altına keçəcək. Cəbrayıl istiqamətinə gedən yollar bağlandı, yoxdur artıq. Demək olar ki, Dağlıq Qarabağda olan erməni qoşunları mühasirə şəraitinə düşüb. Bundan çox güman ki, onların heç xəbəri yoxdur. Ağdam, Ağdərə, Xocavənd istiqamətində olan erməni qoşunlarının bundan heç xəbəri yoxdur. Onlar bilsələr ki, Azərbaycan ordusu artıq Qubadlı istiqamətinə çatıb, onlar çoxdan çıxıb qaçardılar. Onların sadəcə bundan xəbərləri yoxdur. Qalan erməni silahlı birləşmələri isə hazırda mühasirədədirlər. Bu, onların sonu deməkdir".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla