Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ Azərbaycandır

Siyasət
Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ Azərbaycandır

Bu gün bütün fəaliyyət istiqamətlərimizin yalnız bir ünvanı var: Qarabağ! Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ Azərbaycandır və nida işarəsi! Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan, cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürək səsidir. 30 illik Qarabağ həsrətinin artıq sona çatacağının sevinc sədasıdır. İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə yaşayan kəlbəcərlilərin, şuşalıların, laçınlıların, xocalıların, ağdamlıların və digər məcburi köçkün yurddaşlarımızın ümid harayıdır.

 

Bu, Ali Baş Komandan İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırış ismarıcıdır. Azərbaycan xalqı, dünyada yaşayan bütün soydaşlarımız ali baş komandanın bu qələbə çağırışına səs verdi, bu çağırışa qoşuldu, dəstək aksiyaları, vətənpərvərlik hərəkatları başlandı. Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci uzaqda deyil. Prezident-xalq birliyi zəfərə gedən yolumuzun açarıdır. İstənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan Prezident İlham Əliyevin son bəyənatları, “Qarabağ Azərbaycandır!” nidasını dönə-dönə səsləndirməsi bir daha işğalçı Ermənistana çox ciddi ismarıc oldu. İlham Əliyev daha bir erməni uydurmasını ifşa etdi: “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın münaqişəyədək birlikdə yaşayan azərbaycanlılardan və ermənilərdən ibarət əhalisi vardır.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır!” Ali Baş Komandan bir daha bəyan etdi ki, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalı, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır! İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi, işğalçılardan Vətən torpaqlarını təmizləməsi Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış soydaşlarımızı, dünya azərbaycanlıları çox sevindirdi, yurdlarına dönəcəklərinə ümidlərini artırdı.

 

O cümlədən biz gənclərdə də qələbə əhvalını yüksəltdi. Azərbaycan gəncliyi bu müqəddəs çağırışa səs verdi və bütün gücü ilə bu nidaya dəstək verməyə, vətənə borcunu yerinə yetirməyə qadirdir. Eyni zamanda virtual aləmin imkanlarından da istifadə edib sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyət istiqamətlərimizi genişləndirməliyik. Qarabağa dair bütün tarixi, sənədli faktları dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq, yalançı erməni təxəyyülünün məhsulu olan uydurma xəbərlərə qarşı mübarizə aparmaq da məhz biz gənclərin üzərinə düşür. Əminəm ki, bu haqq işdə uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu inam isə Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən doğur. Şanlı, qüdrətli Azərbaycan ordusunun zəfər əzmindən irəli gəlir. Biz hər zaman sülh tərəfdarıyıq, amma ana torpağımızın hər qarışı uğrunda çarpışıb vuruşmağı, lazım gəlsə canımızdan belə keçməyi də bacarırıq. Elə son dövrdə ordumuzun qazandığı zəfərlərə, igid əsgərlərimizin qəhrəmanlıqlarına, şücaətlərinə nəzər salmaq kifayətdir. Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır.

 

Bu gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz yağı düşməni getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt zərbəni ala biləcəyini yaxşı dərk edir. Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin tamamilə azad olunacağı gün uzaqda deyil. Buna görə də, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Artıq bu cinayətkar qruplaşmanın yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdən keçir! Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Zəngilanda və işğal altında olan hər qarış torpağımızda dalğalanacaq! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır…

 

Bu, dünya var olduqca belə olub və indən sonra da belə olacaq. Sentyabrın 27-sindən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu düşmənə əks hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir. Ali Baş Komandanın yaralı hərbçilərlə görüşü zamanı “Mən yaralı hərbçilərimizin, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-söyləyərək zəfər əzmini, bu müqəddəs işdə dönməzliyini bir daha sübut etmişdir. Ali baş komandan həm beynəlxalq arenada, həm də ölkə daxilində Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylə çalışır. Ölkə rəhbəri həmçinin sosial şəbəkədəki rəsmi səhifələrində öz haqq səsini çatdırmaqdadır. Xalqımızın birinci vitse prezident Mehriban xanım Əliyeva da əsl vətəndaş və bir ana kimi ordumuza, yaralılara, şəhid və qazi ailələrinə daim dövlət dəstəyi göstərmiş, onların bütün ehtiyaclarının təmin edilməsinə nail olmuşdur. Birinci vitse prezident Mehriban Əliyeva: “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyə nəsib etsin.

 

Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o doğma torpağını qoruyur və onun uğrunda döyüşür!- söyləyərək vətən qarşısında hər bir övladın vətəndaşlıq borcunu, bu borcun müqəddəsliyini xatırlatmışdır. Vətən müqəddəsdir, ülvidir. Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır. Biz bütün qəlbimizlə Azərbaycan torpağına bağlıyıq. Onun fərəhi bizim fərəhimiz, onun kədəri bizim kədərimizdir. Vətən sevgisi nədir? İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək,Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır. Vətən borcu vətəndaşlıq borcudur. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.

 

Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar. Bu vətən övladları doğma yurda sədaqət rəmzi, məhəbbət sinvoludurlar. Onlar Vətən torpağı uğrunda vuruşmuş, onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər! Eşq olsun belə qəhrəmanlar! Eşq olsun onların amalına! Bax budur əsl vətəndaşlıq borcu, vətəndaşlıq amalı. Biz “Vətən” anlayışını müqəddəsliyini dahi Üzeyirin “Koroğlu” uvertürasını dinləyəndən, Sabiri, Mirzə Cəlili oxuyub dərk etməyə başlayanda duyuruq. Bu müqəddəslik bizim qəlbimizə ana laylası, ana zümzüməsi ilə axıb gəlir. Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə və sabahına da hamımız cavabdehik: əməyimizlə, lazım gəlsə canımızla və qanımızla. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlaımızın ruhu dolaşır. Vətəni bizlərə babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuş, onu qorumuşlar. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.

 

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, yəqin ki, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq, Vətənimizi düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız doğma Vətəni həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlar son dövrlərin Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir. Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür Vətən sevgisi. Vətən sevgisi ən əsil, ən uca sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın gələcəyı olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır.

 

Biz şanlı tariximizlə, milli qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik. Azərbaycan xalqının gözü Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdədir. Xalqımız səbirsizliklə böyük QƏLƏBƏ xəbərini, işğalda olan torpaqlarımızın azad olunacağı günü gözləyir. Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xətti boyunca erməni təxribatının qarşısının alınması və işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində hücumlarını davam etdirir və ermənilərə ağır zərbələr endirirlər. Ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi və döyüş əzmi hamımızı qürurlandırır. Xalqımız “İşğala son qoyulacaq. Zəfər bizim olacaq” deyə əzmkarlıqla bildirən Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib və qələbənin yaxında olduğuna inanır. Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda qalibiyyət arzulayırıq!"

 

Riyad Rüstəmli 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla