Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Türk məşhurlar Gəncə terroruna biganə qalmadılar: "Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq"

Dünya
Türk məşhurlar Gəncə terroruna biganə qalmadılar:     "Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq"

Türkiyənin məşhur simaları Ermənistan tərəfindən raket hücumuna məruz qalan Gəncə ilə bağlı paylaşım ediblər. 

 

Buta.ws qafqazinfo-ya istinadən xəbər verir ki, onlar sosial şəbəkələrdə status yazaraq Azərbaycanın yanında olduqlarını bildiriblər:

 

Müğənni Alişan:

 

"İllərdir "Erməni soyqrımı" deyə-deyə çığırdız. Dedik ki, bizim uşaq, qadın, yaşlı qətliamları ilə işimiz olmaz. Biz düşmənlərimizlə mərdcəsinə savaş meydanında döyüşürük. İl 2020-dir və Ermənistan müharibə qaydalarını pozur, mülki şəxsləri bombalayır, uşaqları, qadınları öldürür. Dünya isə kiçik qınamalarla məsələni yola verir. Bunu etməyənlər də var! Qısaca, Ermənistan özünə yaraşanı etməyə davam edir. Bu səbəbdən biz bir olmalıyıq. İnşallah zəfər Azərbaycan Ordusunun olacaq".

 

Müğənni-bəstəkar Mustafa Ceceli:

 

"Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq". 

 

Müğənni Demet Akalın:

 

"Günah işlədilir. Eyni şeyi biz etsəydik, bütün dünya ayağa qalxardı. Bizim qoca, uşaq, qadınlarla işimiz olmaz". 

 

Müğənni Ebru Gündeş:

 

"Canımız Azərbaycanda məsum insanları hədəf alaraq edilən xain hücumu şiddətlə qınayır, həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Hər zaman yanınızdayıq. Dualarımız sizinlədir".

 

Aktrisa Demet Özdemir:

 

"Azərbaycan! Çox kədərliyəm".

 

Müğənni Murad Boz:

 

"Azərbaycanın Gəncə şəhərinə edilən xain hücum səbəbilə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbr diləyirəm. Dualarımız sizinlədir". 

 

Müğənni-aktyor Mahsun Kırmızıgül:

 

"Gəncə və Mingəçevir şəhərlərinə, mülki şəxslərə, məsum uşaqlara gecə yatarkən raket atan Ermənistanın ağlını itirən iqtidarı insanlıq üçün böyük günah işləyir. Ölənlərə rəhmət, yaralılara şəfa diləyirəm".

 

Müğənni Sərdar Ortaç isə İnstaqram-da profil fotosunu "Pray For Ganja" yazıb, Azərbaycana dair videolar paylaşaraq ölkəmizə dəstək olub. 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla