Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sumqayıtda oğlanın keçmiş sevgilisinə bıçaqla hücum etdiyi anın şok görüntüləri - VİDEO

Kriminal
Sumqayıtda oğlanın keçmiş sevgilisinə bıçaqla hücum etdiyi anın     şok görüntüləri - VİDEO

Sumqayıtda gənc qız keçmiş sevgilisi tərəfindən hücuma məruz qalıb.

 

Bu barədə hücuma məruz qalan 24 yaşlı S.B. BAKU.WS-in “qaynar xətt”inə məlumat verib. Xanım bildirib ki, keçmiş sevgilisi tərəfindən təhdid olunur.

 

O həmçinin qeyd edib ki, 26 yaşlı Cavid Çingiz oğlu Qəniyev ilə 4 il sevgili olub. Lakin ailələri onların evlənməyinə razı olmayıblar.

 

Bundan sonra gənc oğlan sevdiyi qıza hədə-qorxu gəlməyə başlayıb, sentyabrın 1-də Sumqayıt şəhəri 6-cı mikrorayonda qıza və anasına hücum edib. Hadisə müşahidə kameralarına düşüb.

 

Videodan da göründüyü kimi oğlan keçmiş sevgilisinin yaşadığı ünvana gəlib, qızı döyüb. Daha sonra qız və anasının üstüna bıçaq çəkib.

 

Şikayətçi deyir ki, həmin vaxt Cavid Qəniyev narkotik maddələrin təsiri altında olub.

 

Hadisə barədə "102" - zəng mərkəzinə şikayət ediblər. Əraziyə polis cəlb olunub və şikayət araşdırılması üçün Sumqayıt şəhər 3-cü polis bölməsinə göndərilib.

 

Polis müdaxiləsinə baxmayaraq, Cavid Qəniyev yenə də keçmiş sevgilisini təhdid etməkdə davam edir. O bildirib ki, qızdan əl çəkən deyil. Hər gün qapılarına gedir və onu öldürəcəyi ilə hədələyir. Cavid Qəniyev deyib ki, qızın üzünə "kislota" atacaq. Yalnız bundan sonra ondan əl çəkəcək.

 

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla