Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda qadağalar geri qayıdır... - Bu yerlər bağlana bilər

Ölkə
Azərbaycanda qadağalar geri qayıdır...     - Bu yerlər bağlana bilər

Bildiyiniz kimi, Şəki şəhərində “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan 12 nəfərin virusa yoluxduğu aşkar edilib. Bu səbəblə bazar 3 günlük bağlanıb.

 

Buta.ws xəbər verir ki , bazar, kafe-restoran, geyim dükanları və başqa bunun kimi insanların sıx toplandığı yerlərdə virusa yoluxma riski daha çoxdur. Belə məkanlarda insanlar sosial məsafə saxlamalı və qoruyucu maskadan istifadə edilməlidir. Əks halda qapalı məkanlar yoluxmanın artmasında yardımcı vasitəyə çevrilə bilər.

 

Dünya təcrübəsində də görürük ki, sərt karantin rejimini ləğv edən, virusa ciddi yanaşmayan bəzi ölkələr yenidən infeksiya ocağına çevrilirlər. Bəs, bu risk ölkəmiz üçün də keçərlidir? Karantin rejiminin yumuşaldılması nəticəsində insanların sıx toplaşmağa başlaması, əsasən də qapalı məkanların bu toplaşmaların mərkəzinə çev  ,rilməsi koronavirusa yoluxmanı artıra bilərmi?

 

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl  bu hal virusa yoluxmanı yenidən artıra bilər:

 

“Əlbəttə, sosial məsafəni gözləməmək, qoruyucu maskadan istifadə etməmək virusun yayılmasının artmasına səbəb ola bilər. Bu da yenidən sərt karantin rejiminə keçməyə imkan yaratmaq deməkdir. Görülən tədbirlər virusa yoluxma hallarının sürətini və nisbətini azaltmaq üçündür. Əgər hər hansı müalicə, peyvənd tapılmasa, hələki bu virus bizimlə yaşamağa davam edəcək”.

 

İnsanların səbirsizliklə gözlədiyi toyların nə vaxt və hansı formada keçiriləcəyi  barədə də danışan Vasif İsmayıl deyib: “Toyların başlaması yalnız və yalnız sosial məsafənin qorunmasına riayət olduğu zaman reallaşa bilər. Mövcud şadlıq saraylarının həcmi nəzərə alınaraq, bir salonda 50, yaxud 100 insan olmaqla, rəqs zamanı da yenə 2 metr məsafənin qorunması ilə ola bilər. Bu da milli adətlərimizin nəzdində real görünmür".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla