Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Əlillərin işlə təmin olunmasına Nazirlikdən müsbət cavab gəldi – Dövlət dəstək olacaq

Ölkə
Əlillərin işlə təmin olunmasına Nazirlikdən müsbət cavab gəldi     – Dövlət dəstək olacaq

Dostlar, iyunun 4-də “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və sədr müavini Vitali İsakovla görüşmüşdük. Görüşümüzün məqsədi dairəmizin sakinləri olan fiziki məhdudiyyətli vətəndaşlarımızın məşğulluq probleminin çözülməsi ilə bağlı müştərək layihənin müzakirəsi idi. Qərara gəlmişdik ki, 40 nəfər sakinimizi işlə təmin edəcək birgə layihəyə start verək. Dövlətimizin dəstəyi və sosial tərəfdaşlarımızın köməyi ilə niyyətimizin reallığa çevriləcəyinə inamımız böyük idi. Odur ki, təqribən 3 aya yaxındır layihənin üzərində iş gedirdi. Nəhayət, niyyətimizi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə ünvanladığımız məktubda bildirdik və layihəmizi təqdim etdik.


Ötən həftənin sonunda nazirlikdən aldığımız cavabda bildirilir ki, dövlətimiz təşəbbüsümüzün reallaşması üçün bizə kömək edəcək və bir neçə istiqamətdə dəstək verəcək. Cavab məktubunu alan kimi Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının binasında Gülnarə xanım və Vitali müəllimlə bir daha görüş keçirib planlarımızı və prosesin işə düşməsi üçün atacağımız addımları müzakirə etdik. Bu həftədən texniki məsələlərin həllinə start veririk. Yeri gəlmişkən, layihəmizin hazırlanması prosesində bizə dəstək verdiyinə görə Yasamal Rayon İcra Hakimiyyətinə də təşəkkürümüzü bildiririk. Yaxın günlərdə İH-nin başçısı cənab Elşad Həsənovla görüşüb layihə çərçivəsində yaradılacaq sexin yerləşəcəyi bina barədə müzakirələr aparacağıq. Xatıraldıram ki, layihəmiz fiziki məhdudiyyəti olan vətəndaşlarımıza dərzilik sənətinin öyrədilməsi və onların işlə təminatını nəzərdə tutur.


Dostlar, bir işə başlayarkən, ələxüsus da əgər o iş xeyirxah məqsədlidirsə, inanmaq lazımdır. Bütün çətinliklərin çözümü inamdadır. Biz də inanır və bilirdik ki, dövlətimiz səsimisə səs verəcək. Unutmayaq: biz birlikdə güclüyük – Siz, biz və Dövlətimiz!,

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla