Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə İstanbulda təntənəli tədbir keçirilib - FOTO

Ölkə
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə İstanbulda təntənəli tədbir keçirilib     - FOTO

1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə İstanbulda təntənəli tədbir keçirilib.

 

Buta.ws Trend-ə istinadən bildirir ki, "102 il əvvəl əbədi əməkdaşlığa atılan qardaşlıq imzası:

 

Bir millər iki dövlətin hekayəsi" mövzulu tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə reallaşıb.

 

Mərasim Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə Türkiyənin Milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADİV-in sədri, professor Aygün Attar, "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyədə fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, hər iki ölkədən olan ziyalılar və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər əsrlərdən gələn Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş ölkənin birgə inkişaf yolu haqqında danışıblar.

 

Bakının azad edilməsini tarixin ən böyük zəfərlərindən biri adlandıran çıxışçılar, aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını bildiriblər.

 

Tədbir Azərbaycan və Türkiyə milli musiqilərinin ifa edildiyi bədii hissə ilə davam edib.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla