Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda "Mc Donalds"dan sifariş verdi, qutudan görün nə çıxdı - FOTO

Ölkə
Bakıda "Mc Donalds"dan sifariş verdi,     qutudan görün nə çıxdı - FOTO

"Övladım qutunun dibində olan qara saç telini görən kimi iyrənib yediklərini qusdu".

 

Buta.ws xəbər verir ki, bu sözləri Metbuat.az-a “Mc Donalds” restoranından şikayətçi Vüsalə İbrahimova bildirib.

 

"Axşam işdən çıxandan sonra “Mc Donalds”-ın Əcəmi filialından dəyəri 42-manat olan “fast-food” sifariş verib evə gəldim.

 

Bir neçə ədəd “Nouqets’’ yemişdik ki, qutunun dibində qara bir saç telinin olduğunu gördük.

 

Elə bu anda övladım iyrənərək ağzındakı qidanı yerə tüpürdü. Həmin axşam övladım və mən gördüyümüz bu mənzərədən özümüzü pis hiss edib hətta qaytardıq.

 

Səhəri gün şikayət üçün "Mc Donalds”-ın Əcəmi filialına müraciət etdim. Orada çalışanlar bildirdilər ki, əgər uşağım və mən zəhərlənməmişiksə demək narahat olmağa ehtiyac yoxdur.

 

Aldığım qidanın pulunu qaytarıb yenidən “Mc Donalds”-a qonaq olmağı təklif etdilər. Mən isə onlara bildirdim ki, övladım həmin hadisədən sonra yemək yeyə bilmir və qidadan iyrənmiş vəziyyətdədir".

İddiaçı Vüsalə İbrahimova bildirir ki, daimi müştərisi olduğu “Mc Donalds” restoranının yeməklərini sevsələrdə son vaxtlar orada hazırlanan ət məmulatlarından qoxu gəldiyinin və dadının dəyişdiyinin fərqinə varıblar.

 

Şikayətçi Metbuat.az-a bildirdi ki, o övladının vəziyyəti ilə əlaqədar sağlamlıq xərclərinin “Mc Donalds” tərəfindən qarşılanmasını istəyir.

 

"Mənim şikayətim ilə maraqlanan "Mc Donalds” restoranında çalışan əməkdaş bir neçə gün vaxt istəsə də onlardan heç kim şikayətin təmin olunması üçün mənim ilə əlaqə saxlamadı.

 

Mən istəyirəm ki, onlar mənim övladımın bu vəziyyətə görə yaşadığı problemi həll etsinlər. Pandemiya dövründə belə antisanitar şəraitdə qidaya münasibət göstərilməsi bizim sağlamlığımıza zərbədir. Əgər qurum mənim şikayətimə baxmasa bu məsələ ilə əlaqədar AQTA-ya müraciət edəcəyəm".

Yaranmış vəziyyət ilə bağlı "Mc Donalds Azerbaijan"-a sorğu göndərib şirkətin baş ofisi ilə dəfələrlə telefonla əlaqə saxlasaq da də bu cəhdimizə cavab verən olmadı.

 

Qeyd edək ki, problemin həlli yolunda qarşı tərəfin - "Mc Donalds" restoranının fikirlərini dərc etməyə hazırıq.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla