Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Regionlardakı hotellərdə bahalaşma varmı? - Açıqlama

Ölkə
Regionlardakı hotellərdə bahalaşma varmı?     - Açıqlama

Regionlardakı hotellərdə qiymət bahalaşması demək olar ki, yoxdur. Yalnız həftənin son günlərində az qiymət fərqləri müşahidə olunur.

 

Buta.ws bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

 

Onun sözlərinə görə, sentyabrın 8-dən regionlara gediş-gəliş məhdudiyyəti götürülüb: "Vətəndaşlarımız öz istirahətlərini regionlarda keçirə bilərlər. Hotellər açıqdır və müştəriləri gəbul edirlər. Ötən həftənin şənbə-bazar günlərində regionlardakı hotellərdə, demək olar ki, boş yer yox idi".

 

G.Qəhrəmanov əlavə edib ki, hazırda paytaxtdan yalnız şəxsi nəqliyyat vasitələri və ya taksilərdən istifadə etməklə regionlara gedib-gəlmək mümkündür:

 

"İritutumlu avtobusların gediş-gəlişinə müvəqqəti olaraq məhdudiyyətlər var. Hotellər fəaliyyətə başlasa da, nəqliyyatın təşkilinə qoyulan məhdudiyyətlə əlaqədar yerli turizm şirkətləri qrup turları təşkil edə bilmirlər. Nəzərə alaq ki, daxili turizmlə məşğul olan şirkətlər qrup turlarına daha çox üstünlük verirlər. Bu, turistlərə həm də qiymət baxımından ucuz başa gəlir. Amma aydın məsələdir ki, insanların sağlamlığı daha vacibdir. Ümid edirik ki, bu məsələlər də mərhələli şəkildə öz həllini tapacaq".

 

G.Qəhrəmanov əlavə edib ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış SAHMAN proqramının tələblərinə əməl edilmə vəziyyətinin yoxlanılması üçün respublikadakı hotellərdə monitorinqlər keçirilir. SAHMAN proqramında yer alan standartlar hotellərdə COVİD-19-a yoluxma risklərini azaldır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla