Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Övlad tərbiyəsi ilə bağlı Qurani-Kərimin 8 tövsiyəsi

Maraqlı
Övlad tərbiyəsi ilə bağlı Qurani-Kərimin 8 tövsiyəsi

Qurani-Kərim kamil bir kitab olaraq, bizləri səadətə doğru hidayət edir. Onun təlimləri bizi Sirat yoluna yönləndirir. Əgər Quranın buyurduqlarına əməl etsək, həm dünyada və həm də axirətdə səadət əhlindən olarıq.

 

Quranın bizlərə buyurduğu tövsiyələrdən biri də övlad tərbiyəsi ilə bağlıdır. (Beytutə)

 

Qurani-Kərim bizlərə övlad tərbiyə etməklə bağlı yollar tövsiyə edir:

 

1. Övlada insan həqiqətini başa salmaq. "Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". ("İsra" 9).

 

O zaman ki, övladınız həddi-büluğ yaşına çatar, ona insanın həqiqətlərini tanıtmağa çalışın. Əgər insan özünü tanıyarsa, şübhəsiz ki, Allahı da tanıyacaqdır.

 

2. Uşaqlar örnək götürəndirlər. İnsan örnək götürən bir varlıqdır. Ona görə də övladınıza doğru örnəkləri tanıdın və ona vaxtında doğru yolu göstərin. "(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!". ("Bəqərə" 44).

 

Valideyn övladı üçün həmişə örnək olmuşdur. Ona görə də çalışmalıdır ki, dedikləri ilə əməli üst-üstə düşsün.

 

3. Övladlarınıza məhəbbət göstərin. "Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq".

 

Dedi: "Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin".

 

Dedilər: "Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq". ("Yusif" 12-14).

 

İnsan məhəbbətə ehtiyacı olan varlıqdır, xüsusilə də uşaq olan zaman bu məhəbbətə ehtiyacı çox olur. Əlbəttə, valideyn çalışmalıdır ki, bu məhəbbətdə də həddi aşmasın.

 

4. Övladlara ehtiram göstərmək. İnsana hörmət etmək və onu ikram etmək - İslam tərbiyəsinin ən mühüm tövsiyələrindən biridir. "Həqiqətən, Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik". ("İsra" 70).

 

5. Övladlara dini təlim vermək. Valideynin vəzifələrindən biri budur ki, övladlarına dini təlim versin. Bu yolda səbirli və hövsələli olmalıdır. "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et". ("Taha" 132).

 

6. Moizə. Allah insanı tərbiyə edən zaman ona moizələr vasitəsilə təlim verər. "(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır". ("Nəhl" 125).

 

7. Təşviq və tənbeh. İnsanı yaxşı əməllərinə görə tərifləmək və pis əməllərinə görə tənbrh etmək - tərbiyənin yollarından biridir. Valideyn də çalışmalıdır ki, bu yolda ifrat və təfrit etməsin. "Əgər səni təkzib etsələr, de: "Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz"". ("Ənam" 147).

 

8. Uşaq əgər peşman olarsa, onun səhv əməllərinə göz yummaq. "(Yəqubun oğlanları) dedilər: "Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik". Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır".(milli.az)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maraqlı bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla