Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qurani-Kərimdə danışığın qaydası barədə

Maraqlı
Qurani-Kərimdə danışığın qaydası barədə

Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri də danışmaq nemətidir. "Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman" 4).
İslam Peyğəmbərinin (s) ən böyük möcüzəsi olan Quran da kəlmələrdən ibarətdir. (Tebyan)

 

Nitqdə fəsahətə malik olmaq çox mühümdür. Belə ki, Həzrət Musa (ə) Allaha belə dua edir ki, dilimdəki diyinləri aç ki, sözlərimi deyə bilim.

 

Bəli, danışmaq insanın möcüzəvi əsasıdır. Quran bizlərə danışmaq ədəbini öyrədir və buyurur: "İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır". ("Muhəmməd (s) 21). Başqa yerdə buyurur: "İnsanlarla xoş dillə danışın". ("Bəqərə" 83).

 

Allah buyurur: "Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər)". ("İsra" 53).

 

"Əyri söz(lər)dən uzaq olun". ("Həcc" 30).

 

"Onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de". ("Nisa" 63).

 

Allah Təala bu ayədə bizlərə əmr edir ki: "Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər". ("Ənam" 108).

 

"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).

 

Allah Təala bu ayələrdə danışıq meyarını tanıdır: "Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə! Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!". ("Zumər" 17-18).

 

Allah Musaya (ə) və Haruna (ə) xitab edərək buyurur: "Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı)". ("Taha" 44).

 

Bu ayələrdən belə nəticə çıxartmaq olar ki, hər bir insan söz danışan zaman onu aydın tələffüz etməli və yaxşı sözlərdən istifadə etməlidir. Söyüşdən, təhqirdən uzaq olmalıdır. Eşitdiyi hər bir sözü ölçüb-biçməli və sonra ona əməl etməlidir.

 

Beləliklə deyə bilərik ki, nitq - Allahın bizə əta etdiyi ən böyük nemətlərdəndir. İlahi ayələr bizə həyatın hər bir sahəsində yardım etdiyi kimi, danışıq ədəbini öyrənməkdə də bizə kömək edir. Danışıq insanın daxilindən xəbər verər və ona görə də danışıq tərzimizi Allah istəyən kimi edək, həm Onun və həm də insanların sevimlisi olaq.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maraqlı bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla