İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyib.
BUTA.TV xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən görüşdə diplomat baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Səfir, həmçinin İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığını, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
- Bu xəbərlərə də göz at
- Səudiyyə şahzadəsi vəfat etdi
- Erməni əsirliyində olan hərbçimizin anası danışdı: İnanırdım!
- Uşaqları kibertəhlükələrdən necə qorumaq olar?
- Finlandiya Rusiya ilə sərhədi nə zaman açacaq?
- Bu il türk ordusu 2 mindən çox terrorçunu məhv edib
- Ukraynaya yardım edəcəyimizə söz vermirik - ABŞ