Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Haqqımda nə tapsanız da, xalqın malının və büdcəsinin talanmasını tapmayacaqsınız”

Ölkə
"Haqqımda nə tapsanız da, xalqın malının və büdcəsinin talanmasını tapmayacaqsınız”

"Haqlı, ədalətli və sağlam tənqidə dözümlü yanaşmaq lazımdır. Tənqiddən nəticə çıxarıb, düzəlməyə çalışmaq vacibdir. Xalqın bildiyi həqiqətləri demişəm. İndi bəzi jurnalistləri, vətəndaşları, yağ-bal içində bəslənən qohum-əqrəbanızı öyrədib lazım olmayan suallar verdirirsiniz, yazdırırsınız, şər-şəbədə ilə məşğul olursunuz. Amma bilin ki, mənim haqqımda nə tapsanız da, xalqın malının və büdcəsinin talanmasını tapmayacaqsınız”.

 

Buta.ws xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

 

“Xalqdan milyonlarla vəsaiti oğurlamaq, büdcəni talamaq, korrupsiya və rüşvətxorluqla məşğul olmaq çox böyük cinayətdir. Siz bunu düşünün, sonra məndə eyib axtarın. Dövlətçiliyi və müstəqilliyi bu xalq qanı və canı bahasına qazanıb. Qarabağda on minlərlə şəhid verib. Azğın, mənfur erməni və havadarları ilə üzbəüz dayanıb. Sizin hərəkətiniz həm də təmsil etdiyiniz düşərgəyə, sizi bataqlıqdan çıxarıb dövlət adamı edən (əfsus ki, dövlət adamı ola bilmədiniz) Prezidentə yönəlikdir. Bunu da unutmayın. Çoxları bilir ki, Razi Nurullayev dövlətçi adamdır, dövlətini, xalqını sevir və dövlətçilik atributlarına da sadiqdir. Heç nəyi də boş yerdən etməz, yalan danışmaz”, - deyə deputat bildirib.

 

Xatırladaq ki, R.Nurullayev parlamentin növbədənkənar sessiyasında bəzi yüksək rütbəli məmurların ünvanına sərt tənqidlə gündəmə gəlib.

 

Şəfa Nəsibova

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla