Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Paşinyandan şok etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - VİDEO

Dünya
Paşinyandan şok etiraf:     "Xocalı soyqırımını Rusiya törədib" - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı bütün dünyanı şoka salan iddia ilə çıxış edib. 


Demokrat.az-ın Rusiyadakı mənbələrə istinadla verdiyi xəbərə görə, Paşinyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən vəhşiliklərin əslində Rusiya ordusu tərəfindən həyata keçirildiyini bildirib.


Bununla bağlı Rusiya televiziyası tarixçi, qafqazşünas Oleq Yuriyeviç Kuznetsovdan müsahibə alıb. 


Həmin müsahibədə O.Kuznetsov bildirib ki, əslində Xankəndində yerləşən 366-cı alay həmin vaxt statusuna görə MDB-nin Birləşmiş Ordu Komandanlığına tabe olub və mart ayında Rusiyanın tabeçiliyinə verilməli idi: 


"Amma ermənilər bu alayın Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasına köçürüləcəyindən bərk narahat idilər. Çünki bu alayın tərkibindəki əsgər və zabitlərin tən yarısı erməni millətindən ibarət idi və 366-cı alay Dağlıq Qarabağdakı separatçıların əsas silah təchizatçısı idi. Ermənilər bu və ya digər şəkildə həmin silahlardan Azərbaycan dövlətinə və yerli azərbaycanlılara qarşı istifadə edirdilər. Və alayın köçürülməsi onları bərk qorxuya salmışdı. Fevral ayının 24-də Alayın komandiri zabit heyətinin toplantısını çağırır və elan edir ki, 366-cı alay Vazianiyə köçürülür, martın 2-də hərbi texnika və sursat buradan çıxarılacaq. 


Həmin vaxt alayın zabitlərindən biri –sonradan Ermənistanın müdafiə naziri olan mayor Seyran Ohanyan alay komandirinə qarşı tabesizlik nümayiş etdirir, daha doğrusu hərbi qiyam qaldırır. Bu məsələdə ona ASALA-nın rəhbəri, ABŞ ermənisi, Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə ad çıxarmış Monte Melkonyan və onun qardaşı Markar Melkonyan, eyni zamanda Yaxın Şərq ölkələrindən - Suriya, Livan, İordaniyadan bura gətirilmiş “ARABO” adlanan muzdlu ordu dəstək verirdi. 


Qeyd edim ki, ARABO muzdlularına ABŞ ordusunun dəniz piyada qoşunlarında xidmət etmiş yaşıl beret Jirayr Safilyan təlim keçirdi. Beləliklə, fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri qiyam qaldırmış erməni hərbçilər, Dağlıq Qarabağ separatçıları, ARABO və digər silahlı dəstələr tərəfindən 366-cı alayın ağır texnikası və digər atıcı silahlarının dəstəyi ilə yerlə yeksan edildi. Yüzlərlə uşaq, qoca, qadın gülləbaran edildi, bəşəriyyət tarixinin ən qanlı hadisələrindən biri baş verdi.(Sia.az)


Videonu təqdim edirik:

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla