Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Türkan Heydərova: "Karantin zamanı keçirdiyim günlər, həyatımda ömürlük iz buraxıb" - MÜSAHİBƏ

Müsahibə
Türkan Heydərova: "Karantin zamanı keçirdiyim günlər, həyatımda ömürlük iz buraxıb"    - MÜSAHİBƏ

Buta.ws saytının "10-dan ona" rubrikasının ilk bölümündə tanınmış aparıcı-müğənni Türkan Heydərova iştirak etdi.

 

- Türkan xanım, karantini necə keçirirsiniz?


- Karantin zamanı keçirdiyim günlər, həyatımda ömürlük iz buraxıb. Əslində hər günümə şükür edən bəndəyəm, lakin dualarımda yalvarıram ki, Qurban olduğum bizə “karantin” kimi günlər az qismət etsin.


- Karantinin sizə mənfi və müsbət tərəfləri?


- Çox tessüf ki, karantinin müsbət tərəflərini görə bilmədim. Təzə başlayanda karantin özümə bir neçə online müəllim tutdum, düşündümki inglis dilimi mükəmməlləşdirəcəm. Amma heç biri alınmadı. Allerqik olduğuma görə, illərdir qonşu ölkələrin birində müalicə alıram. Yollar bağlananda müalicə dayandı ve səhhətimdə pisləşmə getdi. Bütün dünyanın COVID-19 ilə mübarizə apardığı vaxt, mən öz Allerqik boğulmalarımla mübarizə aparıram 

 

- Düzənli şəkildə hansısa bir əməkdaşınızla işləməyi bacarırsız?

 

- Bəli

 

- Bu günlərdə gəlir mənbəyiniz haradır?

 

- Əsas gəlirim el şənlikləri idi, onlar isə özünüz də bilirsiz ki yoxdur. "İnstagram" səhifəmdə bir neçə dəfə reklam edib gəlir əldə etmişəm, o da yalnız evə təcili lazım olan ərzaqlara  xərclənib. Ona da şükür.

 

- Karyeranızda yeniliklər gözlənilirmi?


- Vətən haqqında bir mahnım var, ona İnşəAllah yeni nəfəs verəcəm. 

 

- Sosial şəbəkələrdə aktivsinizmi?


- Son aylar yox, evdə oturduğuma görə, az şəkil çəkdirirəm. Səhifəm zəifliyib.

 

- Tənqidlərə açıqsınızmı?

 

- Hər bir insanın fikri mənə maraqlıdır. Hər kəsin yazdığına, dediyinə hörmətlə yanaşıram.

 

- Sizə ən yaxın şou-biznes nümayəndəsi?


- Hər kəslə yaxşı münasibətdəyəm, lakin yaxın deyiləm. Şükür ki, düşmənçilik etdiyim, pirinsip apardığım birisi yoxdur.

 

- Müğəni ya tele aparıcı?

 

- Müğənni

 

- Xoşbəxtsinizmi?

 

- İnglis yazıçısı Oskar Vayldin bir sözü var: “İnsanların az bir qismi xoşbəxt, bir o qədəri isə bədbəxtdir. Geri qalanların hamısı; xoşbəxt kimi görünən bədbəxtlərdir... “

 

Türkan xanım sonda estafeti əməkdaşı məşhur teleaparıcı Könül Muxtarovaya öturdü.

 

Gülnurə Nəsir

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla