Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Nurlanə Əliyeva: İldırımtək çaxıb gedən bəstəkar Xəyyam Mirzəzadə

Mədəniyyət
Nurlanə Əliyeva: İldırımtək çaxıb gedən bəstəkar Xəyyam Mirzəzadə

Ölkədə beş insansevər varsa, biri Xəyyamdır... Vaqif Səmədoğlu

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, pedaqoq, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Xəyyam Mirzəzadə -nin  xatirə günüdür.

 

Ehtiramla xatırlayaq:

 

Bir var sadəcə baxıb gedəsən, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..

 

Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadə də özü demiş "ildırımtək çaxıb" getdi...

 

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, zamanının canlı əfsanəsi, Dövlət mükafatı laureatı, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı Oğlu Mirzəzadə.

 

O, musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

 

Qırxadək film, otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 5 oktyabr 1935-ci ildə Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurmuşdur.

 

Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir.

 

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaratmışdır. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırmışdır.

 

Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilmişdir.

 

Xəyyam Mirzəzadə eyni zamanda gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.

 

Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olmuşdur.

 

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir.  O, bir çox fəxri adlara layiq görülmüş,

 

Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.

 

Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində  uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.

 

O, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadə dünyasını dəyişsə də, onun əziz xatirəsi unudulmayacaq, musiqisevər xalqımızın, onu   tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Xatirələrdən:

 

Ahıl-qocalıq dönəmində hərdən gileylənərmiş ki; “Niyə məni daha çox “Yeddi oğul istərəm”dəki musiqimlə tanıyırlar?..”

 

Həmsöhbətləri cavabında: “ Sizin “Bizim küçə”, “Arxadan vurulan zərbə”, “Birisi gün, gecə yarısı”, “Arxada qalmış gələcək” və sair filmlərə yazdığınız musiqilər də çox sevilir” demişlər.

 

O isə: “Yox e, söhbət mənim “zamana sifarişi” ilə komsomolçulara “məhəbbət”i, cümhurçulara “nifrət”i daha da gücləndirən musiqimin bu qədər çox sevilməsindən gedir...” demişdir...

 

Nurlanə Əliyeva

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Mədəniyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla