Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Yol polisi jurnalistə qarşı kobud hərəkət etdi: "Bunu basın maşına aparın"

Ölkə
Yol polisi jurnalistə qarşı kobud hərəkət etdi:     "Bunu basın maşına aparın"

"Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilib. 

 

Hadisə bu gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib. 

 

“MediaPost”a danışan Rəsul Rəhimov bildirib ki, xidməti vəzifəsini yerinə yetirmək üçün həmin ərazidə olub.

 

"Yolun kənarında avtomobili saxlayıb "İhlas" xəbər agentliyinin əməkdaşı Kamil Nadirli ilə çəkiliş edəcəyimiz məkana daxil olmaq üçün növbə gözləyirdik. Bu zaman 99 YP 279 dövlət nömrə nişanlı, patrul avtomobilindən düşən əməkdaş özünü təqdim etmədən, kobud şəkildə bizə ərazini tərk etməyimizi dedi. Baxmayaraq ki, orada Post Patrul Xidməti əməkdaşları da var idi və onlar bizim nə üçün gözlədiyimizi bilirdilər. Yol polisinə izah etməyə çalışdım ki, çəkilişə gəlmişik. Amma o bizi dinləmədi. Qolumdan yapışaraq Post Patrul Xidməti əməkdaşlarına "bunu basın maşına aparın" dedi. Təbii ki, məsələni bildikləri üçün PPX əməkdaşları özləri izahat verdilər. Bundan sonra yol polisi əməkdaşı çıxıb getdi", - R.Rəhimov “MediaPost”a bildirib.

 

Jurnalist qeyd edib ki, heç bir artıq hərəkət etmədiyi halda bu cür kobudluqla üzləşib: "Özünü təqdim etmədiyi üçün adını bilmədik. Sadəcə, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı olduğunu bildim. İstədim ki, yol polisi adına xələl gətirən bu cür əməkdaşlar cəzalandırılsın. Biz hər zaman dövlətin keşiyində olan yol polislərinin əməyini yüksək qiymətləndiririk. Amma bu cür neqativ hallar olmamalıdır".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla