Danışıqlara gərək yoxdur, Bakı əmr verməlidir! - Arkov

13:18 - 16 Yanvar 2023 - GÜNDƏM

 Danışıqlara gərək yoxdur, Bakı əmr verməlidir! - Arkov

Niyə görə Bakı Qarabağla danışıqlar aparmalıdır? De-yure bu Azərbaycan ərazisidir. Bakının danışıqlar aparmağına gərək yoxdur, o, əmr verməlidir. Xankəndidəki hazırkı erməni “rəhbər”lər Bakıya tabe olmalıdırlar. Azərbaycan ona formal olaraq tabe olan insanlarla istənilən söhbəti, sadəcə, əmr qaydasında aparmalıdır.

BUTA.TV xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib.

Rusiyalı ekspert Qarabağa ezam olunmuş milyarder Ruben Vardanyanın Bakı ilə “paritet əsasda” danışıqlara hazır olduğuna dair bəyanatını isə belə şərh edib:

“Bu tamamilə absurddur. De-fakto və bu aşkar faktdır ki, Qarabağın bir hissəsi Ermənistanın nəzarətindədir, axı o bu qurumu maliyyələşdirir. Lakin de-yure bu, Azərbaycan ərazisidir. Ona görə də Bakı Ermənistanla danışıqlar aparır, lakin bu danışıqlar heç bir halda Xankəndi ilə aparılmır. Ruben Vardanyan da digər şərti “lider” və “prezident”lər kimi Bakı üçün heç kimdir. Bütün bu adamlar Azərbaycanın razılığı olmadan orada peyda olublar. Bakı yaxşı bilir ki, hazırda əksəriyyətinin erməni əsilli şəxslər olduğu bu zonada yerli rəhbərlik ermənilərdən ibarət olacaq. Amma axı siz bu təyinatı Azərbaycanla razılaşdırmaq istiqamətində fəaliyyətə başlamalısınız. Bu zaman artıq danışıq aparmağa da kimsə olacaq. Amma bu baş vermir”.

Vitali Arkovun Ermənistanın hər il öz büdcəsindən Qarabağdakı erməni separatçılara rəsmi olaraq 400 milyon dollara yaxın vəsait ayırılmasına da münasibət bildirib:

“Hələ bu pulların nə qədəri İrəvanda oğurlanır (gülür - red.). Eyni zamanda, Ermənistan özü də Qarabağı “müstəqil dövlət” kimi tanımayıb. Paşinyan tez-tez deyir ki, Qarabağ Azərbaycan ərazisidir. Amma eyni zamanda Ermənistan hakimiyyəti və müxalifəti “Artsax”dan danışır (qondarma rejimə qoyulan ad - red.). Onların hamısı özlərinə zidd hərəkət edir. Ermənistanın siyasətinin əsas fərqləndirici xüsusiyyəti, xüsusilə Paşinyan dövründə, yalan oldu. Paşinyan İlham Əliyev və Vladimir Putinlə görüşdə bir şeyi deyir, Brüsseldə - fərqli bir məsələni, İrəvanda isə tam başqa bir şeyi deyir. O, özü özünü inkar edir və onun nə zaman həqiqəti danışdığını başa düşmək çətindir. Bütün bu açıqlamalar böyük bir oyundur. Onlar Rusiyanı münaqişəyə sürükləmək və ya onu günahkar çıxarmağa çalışırlar. Ermənistan baş nazirinin sülhməramlılar qismində başqa ölkələrin - Fransanın və sair dövlətlərin nümayəndələrinin dəvət edilməli olduğu barədə bəyanatını xatırlayın. Bakı bunu dərhal rədd etdi. Bu onu deməyə əsas verir ki, sülh prosesi (Ermənistan tərəfindən - red.) uzadılır. Ermənistanın indiki rəhbərliyinə Azərbaycanla sülh lazım deyil, rəsmi İrəvan vəziyyəti gərginləşdirir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol