Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamalar başladığı haqqında məlumatlar yayılıb.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub.
Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.
Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, yayılan məlumatlar əsassızdır:
“Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı yoxlama aparılmır”.
Sektordan Zakir Fərəcovun işə çıxmadığı barədə iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...