“Qərbi Azərbaycan İcması” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (“Qayıdış konsepsiyası”) layihəsi üzərində işini davam etdirir.
İcmadan BUTA.TV-a bildirilib ki, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir.
"Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olmuşdur.
Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023 tarixi, saat 18:00-dək [email protected] elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac vardır. Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər", - müraciətdə vurğulanıb.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...